Azərbaycan premyer liqasında növbəti dəyişikliklər

28 Avqust 2012 16:26 (UTC+04:00)
Futbol üzrə Azərbaycan premyer liqasının təqvimində növbəti dəyişikliklər baş verib.

AzNews.az saytının məlumatına görə, birinci turun təxirə salınmış "Neftçi" – "Bakı" və dördüncü turun təxirə salınmış "Xəzər Lənkəran" – "Simurq" oyunları sentyabrın 20-də keçiriləcək. Bununla əlaqədar olaraq, altıncı turun "Simurq" – "Kəpəz" oyunu 23 sentyabr tarixindən 24 sentyabr tarixinə keçirilib.

Eyni zamanda dördüncü turun təxirə salınmış digər qarşılaşması – AZAL–"Neftçi" oyunu isə 23 oktyabr tarixində baş tutacaq. Bununla əlaqədar olaraq, onuncu turun "Simurq" – AZAL oyunu 26 oktyabrdan 27 oktyabr tarixinə, on birinci turun AZAL – "Bakı" qarşılaşması 30 oktyabrdan 31 oktyabr tarixinə, on ikinci turun "Kəpəz"–"Bakı" qarşılaşması isə noyabrın 3-dən 4-ə keçirilib.

Emin Abbasov
AzNews.az