İsraildən Türkiyəyə xəbərdarlıq

29 Mart 2014 22:37 (UTC+04:00)
İsrail baş nazirinin xüsusi elçisi David Meydan Türkiyə kəşfiyyatının başçısı Hakanı Suriya rejiminə hücumun təhlükəliliyi barədə xəbərdar edib. Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin "Taraf" qəzeti yazıb.

Qəzetin informasiyasına görə, Meydan təhlükəni onda görüb ki, suriyalılar türklərə uzaq mənzilli raketlər və kimyəvi hücumla cavab verə bilərlər.

Məruzədə həmçinin deyilir ki, tərəflər iki dövlət arasında strateji tərəfdaşlığı tam həcmdə bərpa eləmək haqda razılığa gəliblər. Nəşr habelə yaxın aylarda baş nazir Rəcəb Tayyib Ərdoğamnın İsrailə səfər edəcəyini yazıb.

AzNews.az