Türkiyədə liderlər harada səs verəcək? - Siyahı

30 Mart 2014 10:47 (UTC+04:00)
Xəbər verdiyimiz kimi bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Bu seçkilərdə liderlərin harada səs verəcəkləri artıq bəllidir.

Baş nazir Rəcəb Tayyib Ərdoğan və DSP Genel Başkanı Məsum Türkət İstanbulda, CHP lideri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçəli, BBP lideri Mustafa Dəstici və Səadət partiyasının rəhbəri Mustafa Kamalak
Ankarada, BDP həmsədri Səlahəttin Demirtaş isə Diyarbakırda səs verəcək.

AzNews.az xəbər verir ki, ölkə prezidenti Abdullah Gül Ankarada səs verəcək. O, həyat yoldaşı Hayrünnisa Gül ilə birlikdə Çankaya ilkokulunda sandıq başında olacaq.

Türkiyə Böyük Millət Məclisinin ( TBMM) sədri Cəmil Çiçək də Ankaranın Gölbaşı mahalında səs verəcək.

Xəyalə
AzNews.az