Bakıya qar yağır

30 Mart 2014 12:15 (UTC+04:00)
Bakıya qar yağır.

ANS PRESS-in məlumatına görə, günorta saatlarından etibarən paytaxtın bəzi ərazilərində qar yağmağa başlayıb. Paytaxtın bəzi yerlərində yağmağa başlayan sulu qar güclü küləklə müşahidə olunur. Yasamal və Səbayel rayonlarının ərazisində isə soyuq və buludlu hava ilə yanaşı şiddətli külək əsməyə başlayıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ötən gün bildirilib ki, bu gündən etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişiləcək, qısamüddətli yağıntı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin tədricən səngiyəcəyi gözlənilir. havanın temperaturunun gecə və gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.


AzNews.az