Daha bir general öldürüldü

28 Avqust 2012 16:44 (UTC+04:00)
İraqda briqada generalına qarşı süi-qəsd edilib. Sərhəd qüvvələrinin komandanı vəzifəsini tutan Əbdül Hüseyn Möhsen Bağdadın 30 kilometrliyindəki Taci şəhərində qətlə yetirilib.

Türk mətbuatının hərbi hospitalın nümayəndəsinə istinadən verdiyi xəbərə görə, general ölümə səbəb olan çoxsaylı güllə yaraları alıb. Hüquq-mühafizə orqanları qətlin sifaş olduğu qənaətindədir. Bunula belə, hələlik heç bir terror təşkilatı hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Bahadur
AzNews.az