İtən “Boeinq“lə bağlı yeni xəbər: Hind okianında ümidlər puça çıxdı

30 Mart 2014 18:15 (UTC+04:00)

İtmiş "Boeinq 777"nin tapılmasına olan ümidlər növbəti dəfə qırılıb. Okeanda təyyarə qalıqları hesab olunan, çox böyük zəhmət və xərc hesabına əldə edilən əşyalar əslində zibil tullantısı çıxıb.

AzNews.az Associated Press-ə istinadən xəbər verir ki, Çin və Avstraliya gəmilərinin Hind okeanında müəyyən etdiyi qörmızı, narıncı və ağ rəngdə 3 obyekt suyun üzünə çıxarılıb. Çıxarılan qalıqlar tədqiq edilib və məlum olub ki, bu hissələrin itmiş təyyarəyə heç bir aidiyyəti yoxdur və adi tullantıran başqa bir şey deyil.
Hazırda mistik şəkildə yoxa çıxan 200 nəfərdən çox adamın Pekinə uçduğu hava gəmisini 10 təyyarə, 8 gəmi, o cümlədən exolakasiya sistemləri və pilotsuz sualtı cihazla təchiz olunmuş Hərbi Dəniz Qüvvələrinin gəmisi axtarır.
Xatırladaq ki, Malayziya Airlines - ə məxsus Boeinq 777 təyyarəsinin müəmmalı şəkildə itməsi bütün dünyada böyük rezonans doğurub. Belə ki, Kuala - Lampurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan təyyarə martın 6 - da yoxa çıxıb və bu günə qədər tapılmayıb.

Əli
AzNews.az