Azərbaycanlılar Ukrayna parlamentində

28 Avqust 2012 16:50 (UTC+04:00)


"Ukrayna parlamentində azərbaycanlıların təmsil olunması istiqamətində səylər artırılacaq". Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) yeni seçilən sədri Rövşən Tağıyev yap.orq.az saytına məlumat verib.

Onun sözlərinə görə, bu həftə Konqresin sədrliyinə keçirilən seçkilərdə öz seçki platformasını təqdim edərkən əsas məqsədlərdən biri kimi Ukrayna dövlət orqanlarında azərbaycanlıların sayının artırılması əsas götürülüb.

"Bu bir günə həll olunmur və bu istiqamətdə ardıcıl iş aparılmalıdır. Çalışmalıyıq ki, 2015-ci ildə prezident seçkilərində Azərbaycan bir qüvvə kimi tanınsın, UAK ilə hesablaşsınlar. Ondan sonra 2017-ci il parlament seçkilərinə yeni potensialla qatılaraq bir neçə azərbaycanlının Ukrayna Radasında təmsil olunmasına nail olmaq olar", - deyə R.Tağıyev deyib. UAK sədri təəssüflə qeyd edib ki, bu il oktyabrın sonunda Ukrayna parlamentinə keçiriləcək seçkilərdə nə iqtidar, nə də müxalifət partiyalarından azərbaycanlı namizəd yoxdur.

Gültən
AzNews.az