Brilliant Dadaşovaya qarşı təxribat - Müraciət

31 Mart 2014 07:46 (UTC+04:00)


Azərbaycan estradasının tanınmış simalarından olan xalq artisti Brilliant Dadaşova ona qarşı təxribatdan narahatdır.

AzNews.az xəbər verir ki, müğənni onun adından "İnstagram" səhifəsinin açıldığı haqda sosial şəbəkələrdə xəbər payılaşıb.

B.Dadaşova "Facebook" vasitəsilə dostlarına "İnstagram"da paylaşılan şəkilləri ciddi qəbul etməməyi tövsiyyə edib: "Kimsə, hansısa axmağın, avaranın biri mənim adımdan "İnstagram" açıb. Xahiş edirəm ciddi qəbul etməyəsiniz. Hətta imkanınız olsa onu baykot edəsiniz".

Bahar
AzNews.az