Zirzəmidə kişi meyiti tapıldı

31 Mart 2014 11:13 (UTC+04:00)
Nəsimi rayonunda üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, martın 30-da Nəsimi rayonu M.Qaşqay küçəsi ev 63 "A"-nın zirzəmisində üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

AzNews.az