Girov götürülən jurnalistlər buraxıldı- 194 gün sonra

31 Mart 2014 12:00 (UTC+04:00)
Suriyada peşə fəaliyyətlərini yerinə yetirərkən Əl-Qaidəyə bağlı terrorçular tərəfindən qaçırılan İspan jurnalistlər - Javier Espinosa və Ricardo García Vilanova dünən sərhəddə Türk əsgərlərinə təslim edilib. AzNews.az xəbər verir ki, İspan El Mundo qəzeti üçün işləyən Javier Espinosa və Ricardo Garcia Vilanova Suriyada 194 gün əvvəl qaçırılıblar. Türk əsgərlərin təslim edilən jurnalistlər ilk öncə Əl Mundoyu arayaraq sərbəst buraxıldıqları haqda məlumat veriblər. Dünən İspaniya Hava qüvvələrinə aid bir təyyarə, jurnalistləri aparmaq üçün Türkiyəyə göndərilib. El Mundo jurnalistlərin İspaniyaya dönmək üçün yola çıxdıqlarını açıqlayıb. İspan jurnalistlərin necə sərbəst buraxılıb, Türk əsgərlərinə təslim edilməsi ilə bağlı heç bir açıqlama verilməyib.

Elman
AzNews.az