Türkiyədəki seçkilərə Bakıdan Rəsmi reaksiya

31 Mart 2014 12:32 (UTC+04:00)



Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyədə keçirilmiş bələdiyyə seçkilərini möhtəşəm adlandırıb.

AzNews.az-ın məlumatına görə, Novruz Məmmədov "Twitter" səhifəsində Türkiyədəki bələdiyyə seçkiləri ilə bağlı bildirib ki, Türkiyə seçimini etdi:

"Ötən gecəni Türkiyədəki seçkilərlə bağlı prosesləri izləmişəm. Möhtəşəm seçkilər. Türkiyə seçimini etdi".

AzNews.az