“İstər Hacıbala olsun, istər də Elçin...” – Rejissordan sərt cavab

31 Mart 2014 13:30 (UTC+04:00)
"Ay özü-özünə şeyx deyən, özü-özündən büt düzəldən-şakitleş. Alimi önə verib, arxada quyruq bulamaq da kişiyə yaraşmaz".

Bu sözləri rejissor Mehriban Ələkbərzadə bu gün AzNews.az-da Alim Qasımovun "Qatil" tamaşasında qalmaqal yaratması barədə yayımlanan xəbərə münasibət bildirərkən deyib. O, bildirib ki, nə Əbdül Mahmudbəyovu, nə də Alim Qasımovu "Qatil" tamaşasına dəvət etməyib: "Ay millət, şakitləşin! Özü də belə bir gündə.... Nədən bəhs etdiyinizin fərqindəsiz? Mən soyqırımıa bağlı 10 filmin rejissoruyam. Bəlkə bundan bəhs edəsiniz? O ki qaldı hansısa Əbdülə və məşhur Alim Qasımova.... Yazıqlar olsun sızə. Adamın üzünə deyə bilmədiyinizi arxada söyləmek nədir? Əbdülə nə var e? Kimnən olsa gündəmə gəlmek istəyir. İstər Hacıbala olsun, istər də Elçin. Biri ki özü-özünə Şeyx desin. Biri ki, illərlə rejissor olmaq istəyib, ola bilməsin... Onun küdurəti bəlli. Mən Əbdül adlı birini tamaşama dəvət etməmişəm... Etmərəm də. Özü də onların bu "qaravəlli oyun" göstərməsi öten il olmuşdu".

Xatırladaq ki, xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov Akademik Milli Dram Teatrında "Qatil" tamaşasını izləyərəkən qalmaqal yaradıb. AzNews.az-ın məlumata görə, teatrın səhnəsində oynanılan "Qatil" tamaşasındakı yataq səhnələrini Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib. Məlumata görə, xalq artisti əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun dəvəti ikə bu tamaşaya baxmağa gəlibmiş. Elə buna görə də etirazını ucadan, yüksək tonla Ə.Mahmudbəyova bildirib: "Ədə Əbdül, məni hara gətitmisən? Bu nə biabırçılıqdır? Gəzmədiyim ölkə qalmayıb, amma mən dünyanın heç bir ölkəsində belə bir biabırçılıq görməmişəm..."

Onun "Qatil"ə olan etirazlı çıxışını aktyorlar, rejissorlar, hətta teatrın direktoru bilsə də, əhəmiyyət verən olmayıb.

Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib: "Bizi o tamaşaya Mehriban Ələkbərzada və baş rolun ifaçısı Münəvvər Əliyeva dəvət etmişdi. Biz müasir ola, avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan dəyərlər - namus, qeyrət ölçüsüdür. "Azdrama"da bir dənə də olsa ekspert, teatr tarixinə toxunulası heç nə eləmirlər. Akademik Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkldə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir. Tamaşada seks səhnələrini təqdim etmək milli qəhrəmanların həyatını təqdim etməkdən qat-qat çətin və məsuliyətlidir. Bu səhnələr elə dəqiqliyi ilə işlənməlidir ki, insanlarda nifrət hissi yaratmasın. Yoxsa, müasir düşünürəm, nə bilim Avropaya baxış yolverilməzdir. Mən buradan Mədəniyyət və Turizm nazirinə, teatrın direktoru İsrafil müəllimə də səslənirəm. Belə əttökən seks səhnələri eləmək düzgün deyil. Biz bu biabırçılığa dözə bilməyib tamaşanı tərk etdik. Bizdən savayı hansısa institutun 60-dan yuxarı tələbəsi vardı. Onlar da Alim müəllimin səsini eşidib, narazı halda zalı tərk etdilər. Sonra Mehriban xanımla qarşılaşdıq. O, mənə dedi ki, tamaşadan narazı halda getməyinizdən xəbərim var. Təbii ki, mən ona cavab vermədim. Anlaya bilmirəm, bunlar avropalılardan da o tərəfə keçmək istəyir? Bəlkə daha da çılpaq olmaq istəyirlər?"

Bahar Rüstəmli
AzNews.az