Türkiyə SQ Baş Qərargah rəisi Azərbaycana səfərə gəlir

31 Mart 2014 17:38 (UTC+04:00)
Aprelin 1-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdət Özəl Azərbaycana rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verilən məlumata görə, səfər çərçivəsində qonağın nazirlikdə görüşü planlaşdırılır.

N.Özəlin rəsmi səfəri aprelin 4-dək davam edəcək.


AzNews.az