Xəyanətdən sonra ilk görüş

29 Avqust 2012 09:21 (UTC+04:00)
Kristen Stevart aldatdığı sevgilisi Robert Patirsonla görüşəcək. Xəyanətdən sonra ilk dəfə telefonla danışan cütlük görüşmək qərarına gəlib. Kristenin bu görüş üçün Patirsona yalvardığı ortaya çıxıb.

Onunla görüşüb olub-keçənləri aydınlaşdırmaq istədiyini deyən Kristen bu görüşdən ümidli olduğunu açıqlayıb. Daha əvvəl kameralar qarşısında Patersondan üzr istəyən Kristenin cəhdi boşa çıxmışdı.

Səadət Abbaslı
AzNews.az