Masazırda dəhşətli qəza: ölənlər var

1 Aprel 2014 07:44 (UTC+04:00)
"Mercedes" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub
Bu gün səhər saat 08:30-da Abşeron rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Abşeron rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, ağır yol qəzası Masazır qəsəbəsində, Masazır gölü yaxınlığında olub.

Həmin yolda hərəkətdə olan "Mercedes" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub. Qəza nəticəsində iki nəfər ölüb. Yaralıların da olduğu bildirilir.

"Hələlik hadisə yerində əməkdaşlarımız çalışır. Bu dəqiqə vəziyyət qarışıb. Bütün qüvvələrimiz həmin əraziyə cəlb olunub. Qəzanın hansı səbəbdən baş verməsi və ölənlərin kimliyi araşdırılır", - deyə polisdən bildiriblər.

Hazırda hadisə yerinə hüquq mühafizə orqanları, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub.

AzNews.az