Cəmil Həsənli evini satması xəbərindən danışdı

1 Aprel 2014 10:11 (UTC+04:00)
Prezidentliyə keçmiş namizəd Cəmil Həsənlinin "Deputatlar binası"ndakı mənzilini və obyektini satışa çıxardığı barədə xəbər yayılıb. Mia.az saytının yaydığı xəbərdə qeyd olunur ki, keçmiş namizədin mənzil və obyektini neçəyə satışa çıxardığı məlum deyil.

AzNews.az saytı yayılan xəbərlə bağlı Cəmli Həsənlini mövqeyini öyrənib. C.Həsənli informasiyanın həqiqətə uyğun olmadığını bildirib: "Bu yalan söhbətdir. Həmin evi növbəlilik prinsipi əsasında almışam. Yəni o evi mən əta etməyiblər".

İntiqam Valehoğlu
AzNews.az