“Mən üzr istəməmişəm” – Əkrəm Əylisliylə 1 aprel zarafatı

1 Aprel 2014 15:24 (UTC+04:00)

Mətbuatda tanınmış yazıçı Əkrəm Əylislinin böyük qalmaqala səbəb olan "Daş yuxular" romanına görə, Azərbaycan xalqından üzr istəməsi barədə məlumat yayılıb. Hətta Ə. Əylisli əsərin bədii cəhətdən zəif və bəsit olduğunu da etiraf etməsi də qeyd olunub. AzNews.az-a açıqlama verən yazıçı Əkrəm Əylisli isə mediada gedən bu xəbəri 1 aprel zarafatı kimi qiymətləndirib: "Bu 1 aprel zarafatıdır. Oxucularımı belə yazılara əhəmiyyət verməməyə səsləyirəm. Bu haqda məndən heç bir şey soruşulmayıb. "Daş yuxuları" əsərinə görə də üzr istəməmişəm. Bu fikirdə də olmamışam, olmayacağam da. Yazılanlar tamamiylə cəfəngiyatdır".

Bahar Rüstəmli
AzNews.az