Həkimlər Mirkamilə qadağa qoydu

1 Aprel 2014 16:00 (UTC+04:00)
Bir müddət əvvəl ürəyindən əməliyyat olunmuş müğənni Mirkamil Kamilova həkimlər oxumağı qadağan edib.

İfaçı axşam.az-a sənətdən uzaqlaşdığını bildirib:

"Bu yaxınlarda İranda müayinədən gəlmişəm. Həkimlər səhhətimin yaxşılığa doğru dəyişdiyini deyirlər. Bircə oxumağa icazə vermirlər. Hərdən məclislərdə dostlarımın istəyi ilə bir az oxuyuram, ürəyimdə ağrılar başlayır. 6 ay sənətdən uzaq qalmalı, təmiz havada gəzməliyəm".

Mirkamil xəstə olduğu müddətdə ona dəstək duran sənət dostlarını da unutmayıb:

"Xəstə yatdığım vaxt Aygün Kazımova, Aygün Bəylər, Manaf Ağayev, Ramal, Aybəniz xanım və başqaları mənə dəstək oldular. Elə bir müğənni olmadı ki, mənimlə maraqlanmasın".

AzNews.az