Kürdəmirdə evdə partlayış: 2 yaşlı uşaq yandı

1 Aprel 2014 19:05 (UTC+04:00)
Kürdəmirdə evdə yanğın baş verib.

"AzNews.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Kürdəmir rayonu, Sığırlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 408 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə partlayışla nəticələnən yanğın baş verib.

Yanğın nəticəsində 2-ci mərtəbənin yanar konstruksiyaları 179 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 2012-ci il təvəllüdlü Quliyev Kənan İslam oğlunun yanmış meyiti aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az