Bakıda 4 avtomobil toqquşdu

2 Aprel 2014 07:08 (UTC+04:00)
Bakının Səbail rayonu, Neftçilər prospektində 4 avtomobilin iştirakı ilə qeydə alınan yol nəqliyyat hadisəs baş verib.

Hadisə prospektdə nəqliyyatın intensiv hərəkəti zamanı qeydə alınıb. Qəza zamanı Tofiq Həşimovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə İsmət Nəzərovun idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Fatih İlilaqın idarə etdiyi "Audi" markalı avtomobilləri əzib. Daha sonra isə avtomaşın Kamil Sadıqovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "VAZ 2106" deformasiyaya uğrayıb. Xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb.

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları gəliblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "BMW" markalı avtomobilin sürücüsü Tofiq Həşimovun maşını yüksək sürətlə idarə etməsi səbəb olub. Qəza ilə əlaqədar Neftçilər prospektində bir müddət tıxac da müşahdə olunub. Maşınlar evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra, prospektdə nəqliyyatın hərəkəti tam bərpa olunub.

Baş vermiş avtoqəza ilə bağlı araşdırma başlanılıb, müvafiq olaraq avtoteniki və tibbi ekspertizalar təyin edəcək. (anspress)