Aybəniz Haşımova “İntizar”a klip çəkdirir

2 Aprel 2014 08:15 (UTC+04:00)
Tanınmış müğənni, respublikanın əməkdar artisti Aybəniz Haşımovanın "Xalq Ulduzu-1" musiqi yarışmasının iştirakçısı Vəli Səfərovla şəkilləri yayılıb.

AzNews.az xəbər verir ki, müğənni bu barədə özünün "Facebook" səhifəsində yazıb.

O bildirib ki, şəkillər "İntizar" mahnısa klip çəkilişləri zamanı lentə alınıb: "Mahnının musiqisi Nüşabə Muradovaya, sözləri Südabə Şəfaya aiddir. Çəklişlər davam edir. Klip 15 günə hazır olacaq. Daha sonra isə millət vəkili Qənirə Paşayevanın sözlərinə aid olan "Ağla mənimçun, bu şəhər və sən" adlı nəğməyə klip çəkiləcək".




Bahar
AzNews.az