Ermənilər qondarma Dağlıq Qarabağ respublikasını tanıtdırırlar

29 Avqust 2012 11:00 (UTC+04:00)


Ermənilər qondarma Dağlıq Qarbağ respublikasını tanıtmaq üçün kompaniyalar aparmaqda davam edirlər. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, bu dəfə ermənilər Xristian Gənclər Assosiasiyasının üzvlərini qondarma respublikaya dəvət ediblər. Onlarla qondarma respublikanın parlament sədri Aşot Qulyan da görüşüb. Dünyanın müxtəlif ölkələrindən - Gürcüstandan, Rusiyadan, Çexiyadan, Polşadan, Belarusiyadan gəlmiş gənclərə qondarma respublikanın görməli yerləri göstərilib və bu torpaqların ermənilərə aid olması barədə saxta və yalan informasiyalar verilib.

Qondarma parlament sədri isə, gənclərlə görüşündə onların səfərini əhəmiyyətli adlandırıb və bildirib ki, bu cür səfərlər qondara respublika və qarşılıqlı əlaqələr baxımından çox vacibdir. Daha sonra gənclərlə Dağlıq Qarabağ münaqişəsi, onun tarixi, münaqişənin həlli yolları ilə bağlı erməniyönlü müzakirələr aparılıb.
Nəzərinizə çatdıraq ki, bu cür səfərlər qondarma respublikanın erməni dövləti kimi tanıdılmasına xidmət edir və mümkün qədər bu cür faktların qarşısı alınmalıdır.

Sadiq
AzNews.az