Bakıda Rusiya səfirliyinin qarşısında aksiya

2 Aprel 2014 11:25 (UTC+04:00)
Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiya səfirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.

Bu barədə anspress-ə təşkilatın sədri Akif Nağı məlumat verib. Onun sözlərinə görə, aksiyanın məqsədi Kəlbəcər rayonunun işğalına etiraz olub.

"Biz ilk öncə Şəhidlər Xiyabanını ziyarət etdik. Bundan sonra, Kəlbəcərin və digər rayonlarımızın işğalında ermənilərə dəstək edən Rusiyaya etiraz bildirmək istədik. Rusiya səfirliyinin qarşısına toplandıq. Biz öz mövqeyimizi bildirdik. Qətnaməni səfirliyin nümayəndəsinə veridik. Düşünürəm ki, keçirdiyimiz aksiya baş tutdu", - deyə Akif Nağı bildirib.

QAT sədrinin sözlərinə görə, aksiya zamanı polis asayişi qoruyub və onlara mane olmağa çalışıb. Lakin aksiya iştirakçıları polislə münaqişəyə girməyib.

"Bizim məqsədimiz polislərlə dalaşmaq olmayıb. Sakitcə öz etirazımızı bildirmişik və qətnaməni vermişik. Hər şey normal oldu və heç bir qanun pozuntusuna yol vermədik", - deyə Akif Nağı bildirib.

AzNews.az