Vaqif Səmədoğlu Muğannanın dəfn mərasiminə qatılmadı

2 Aprel 2014 13:08 (UTC+04:00)
Xalq şairi Vaqif Səmədoğlu həmkarı, dünən rəhmətə gedən Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) dəfn mərasiminə qatıla bilməyib. Bu barədə məlumatı AzNews.az-a V.Səmədoğlu özü verib. Onun sözlərinə görə, səhhətindəki problemlər buna imkan verməyib:

"İsa Hüseynovun vida mərasiminə gedə bilmədim. Necə gedim? Xəstəyəm, ağrılarım var…"

Xatırladaq ki, xalq şairi uzun zamandır ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az