Dekan iş başında infarkt keçirdi
2 Aprel 2014 17:27 (UTC+04:00)
Azərbaycan Turizm İnstitutunun dekanı iş başında infarkt keçirib.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində qeydə alınıb.
Azərbaycan Turizm İnstitutunun dekanı, 62 yaşlı Nəsir Nəsirli infarkt diaqnozu ilə Kardiologiya İnstitutuna yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
AzNews.az