Krım tatarları referendum hazırlıqlarına başladı

3 Aprel 2014 10:19 (UTC+04:00)

Krım Tatar Xalq Məclisi tatarlarının yarmadada öz müqqədəratlarını müəyyən edilməsi ilə bağlı referendum hazırlıqlarına başlayıblar.

AzNews.az-ın məlumatına görə, bu barədə "Azadlıq" radiosuna Məclisin Referendumun keçirilməsi üzrə yaratdığı Təşkilat Komitəsinin üzvü Əbdüraman Egiz məlumat verib.

O deyib ki, bu referendum beynəlxalq təşkilatların, əsasən də BMT-nin və ATƏT-in müşahidəçiliyi, o cümlədən birbaşa prosesdə iştirakı ilə keçirilməlidir.

Xatırladaq ki, Krım Tatar Xalq Məclisinin bir çox üzvü, həmçinin yerli tatar ictimaiyyəti muxtar respublikanın Rusiyaya ilhaq olunmasına etiraz ediblər. Bu səbəbdən də Məclisin son iclasında Krım tatarları referendum keçirilməsi ilə bağlı qərar qəbul ediblər.

AzNews.az