Əlixan Səmədov bəxtini bir daha sınayır

3 Aprel 2014 13:52 (UTC+04:00)
Türkiyədə yaşayan balaban ifaçısı, Azərbaycanın əməkdar artisti Əlixan Səmədov ailə həyatı qurur.

AzNews.az-ın məlumatına görə, bununla bağlı məclis azərbaycanılara məxsus restoranların birində keçiriləcək.

Nigah mərasiminə Türkiyənin və Azərbaycanın tanınmış sənət adamları dəvət edilib.

Qeyd edək ki, Ə. Səmədovun ikinci evliliyidir.

Bahar
AzNews.az