İlham Əliyev orden verdi

3 Aprel 2014 17:37 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Dzasoxovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Aleksandr Sergeyeviç Dzasoxov "Dostluq" ordeni ilə təltif edilsin.

AzNews.az