Əli Mirəliyev Rəmişə etiraz etdi

3 Aprel 2014 21:08 (UTC+04:00)
"Mən Rəmişin hamının narkoman olması fikriylə razı deyiləm".

Bu sözləri "Axar.az"a tanınmış gitaraçının şou-biznes əhli haqda dediyi narkoman fikrinə münasibət bildirərkən müğənni Əli Mirəliyev bildirdi: "Rəmiş mənim dostumdur, onun xətrini çox istəyirəm. Amma Rəmiş düz danışmır. Bu, insanların şəxsi həyatıdır, müdaxilə etmək olmaz. Bizə onların sənəti lazımdır, şəxsı həyatları yox". Müğənni İlqar Sail də Rəmişin fikri ilə razı olmadığını, 99%-in böyük göstərici olduğunu bildirdi: "Rəmişin dediklərindən belə çıxır ki, şou biznesin hamısı narkomandır, normal insan yoxdur. Axı bu doğru deyil". Xatırladaq ki, gitara ifaçısı Rəmiş şou-biznes əhli haqda bunları demişdi: "Şou-biznesin 99%-i narkotik istifadəçisidir. Mən bunu bilirəm. Məni aldatmaq olmaz. Çünki vaxtı ilə mən də narkotik istifadəçisi olmuşam".

AzNews.az