Ərdoğan Bakıya gələrkən aeroportda brifinq keçirdi

4 Aprel 2014 09:40 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan ziyarəti ilə əlaqədar Atatürk hava lımanında brifinq keçirib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, baş nazir Azərbaycana səfərinin seçkilərdən sonrakı ilk rəsmi səfər olduğunu və bunun simvolik məna daşıdığını bildirib. Ərdoğan deyib ki, bu səfər həm də beynəlxalq əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.
Daha sonra 30 mart seçkilərindən danışan baş nazir bildirib ki, Türkiyə sabitlik və rahatlıqdan yana bir seçim idi, hakim pariyaya etimad səsi verib: "Bu etimad səsi mübahisə, müzakirə edilməzdir. Bir yerli seçki olmasına baxmayaraq , əziz millətimiz istər səs nisbətləri, istərsə də şəhər, rayon, kənd bələdiyyələrinə seçkidə partiyamızı həm təkrar birinciliyə daşıdı, həm də rekord səviyyədə dəstək verdi".

Ərdoğan onu da bildirib ki, seçki qutulardan çox çox mesajlar da çıxıb: "Ancaq bunlardan ən əhəmiyyətlilərindən biri xarici siyasətimizə olan dəstəkdir. Sülhsevər dialoqdan yana haqqı müdafiə edən xarici siyasətimiz millətimizdən tam dəstək alıb".

AzNews.az