İradə doğum gününü Əlixanın toyunda qeyd etdi

4 Aprel 2014 10:12 (UTC+04:00)
Müğənni İradə İbrahimova tanınmış azərbaycanlı balaban ifaçısı Əlixan Səmədovun Türkiyədə keçirilən nigah mərasiminə qatılıb.

AzNews.az xəbər verir ki, mərasimdə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Doğum tarixi də həmin günə təsadüf etdiyindən İradə İbrahimovanın şərəfinə hədiyyələr və tort sifariş edilib. Müğənni təbrik yağışına tutulub.

Xatırladaq ki, Əlixan Səmədov Ellada adında azərbaycanlı xanımla nigaha daxil olub.

Bahar
AzNews.az