Yol polisindən gizli radarlarla bağlı açıqlama

4 Aprel 2014 11:26 (UTC+04:00)
Son günlər sosial şəbəkələrdə yol polisinin radar quraşdırılmış mülki avtomobillərdə xidmət aparması ilə bağlı bir neçə video yayılıb.

Videolardan aşkar görünür ki, avtomobildəki şəxslər polis formasında olsalar da, radar quraşdırılmış avtomobillərin üzərində Dövlət Yol Polisinə aid heç bir nişan yoxdur. AzNews.az saytı məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin fikirləriin öyrənib. Şöbə rəisi bildirib ki, həmin görüntülərin qanun pozuntusu kimi təqdim olunması yanlışdır: "Gizli, qarışıq və aşkar xidmət normativləri var. Yəni həmin görüntülərdəki şəxslər öz işlərini görürlər. Burda heç bir qanun pozuntusundan söhbət gedə bilməz".

Qeyd edək ki, yol polisi ilə bağlı bu cür görüntülərin yayılması ilk dəfə deyil.

İntiqam Valehoğlu
AzNews.az