İlham Əliyev və Ərdoğan media qarşısında

4 Aprel 2014 15:57 (UTC+04:00)
Artıq bir neçə saatdır Azərbaycanda olan Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın İlham Əliyevlə təkbətək görüşü baş tutsa da, hələ ki, mediada bununla bağlı heç bir xəbər yoxdur.

"Qafqazinfo" xəbər verir ki, həm Türkiyə, həm də Azərbaycan mediasında Ərdoğanın Bakı səfərində mühüm məsələlərin müzakirə olunacağı bildirilsə də, görüş mətbuata qapalı keçirildiyi üçün iki ölkənin liderlərinin nələri müzakirə etdiklərini öyrənmək mümkün olmauıb. Hətta kifayət qədər ayıq və operativ hesab olunan Türkiyə mediası belə bu görüşün detalları haqda heç bir məlumat yaya bilməyib. Yalnız İxlas Xəbər Agentliyi görüşlə bağlı qısa video-kadrlar təqdim edə bilib.

Həmin kadrlardan görünür ki, İlham Əliyevlə Ərdoğanın yemək masasında da səmimi söhbət etdikləri görünür. Lakin onların nə danışdıqları qeyd etdiyimiz kimi hələ sirdir.

***

Artıq prezident İlham Əliyevlə Baş nazir R.T.Ərdoğan media qarşısında çıxış edirlər.




AzNews.az