Ərdoğanın səfəri başa çatıb

4 Aprel 2014 17:47 (UTC+04:00)
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.


AzNews.az xəbər verir ki, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.

AzNews.az