Rusiya vətəndaşlığı almaq asanlaşdırıldı - Qanun qəbul edildi

4 Aprel 2014 18:18 (UTC+04:00)
Rusiya Dövlət Duması asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığını almaq haqqında qanun layihəsinə əlavəni üçüncü oxunuşda qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qanun layihəsinə əlavəyə əsasən asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığını rus dilinin daşıyıcıları olan, qohumları Rusiya Federasiyası ərazisində yaşamış və ya Rusiya İmperiyası və SSRİ-də yaşamış şəxslər ala bilərlər.

Bu tələblərə uyğun şəxslər Rusiyada daimi yaşamaq üçün vətəndaşı olduqları ölkənin vətəndaşlığından imtina etməlidirlər.


AzNews.az