Pan Ki Mun İranda

29 Avqust 2012 15:17 (UTC+04:00)


İrana səfər edən BMT katibi Pan Ki Mun Tehran hava limanında mətbut işçilərinə açıqlama verib. AzNews.az-ın mehrnews.com saytına istinadən verdiyi xəbərə görə, BMT baş katibi dəvətə görə İran hökumətinə təşəkkürünü bildirib və əlavə edib ki, İran bölgədəki münaqişələrin həllində əhəmiyyətli rol oynaya bilər.

O, həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin Zirvə toplantısının İranda keçirilməsini alqışladığını bildirib və əlavə edib ki, ölkə rəhbərliyi ilə məhsuldar görüşlər keçirəcəyinə ümidvardır. Pan Ki Mun İran tarixi və mədəniyyətini öyrənmək istədiyini də jurnalistlərin nəzərinə çatdırıb.

Sadiq
AzNews.az