“Avropa 1 trilyon itirəcək”

4 Aprel 2014 22:00 (UTC+04:00)
Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Serqey Qlazyev sanksiyalar tətbiq edəcəyi təqdirdə Avropa Birliyinin 1 triyon avro itirəcəyini bildirib.

"Axar.az" xəbər verir ki, qalmaqallı siyasətçi Almaniyanın itkilərinin 200 milyon avroya çatacağını vurğulayıb: "Baltikyanı ölkələr isə ümumiyyətlə müflis olacaq. Sual olunur, görəsən bu sanksiyalardan daha çox hansı tərəf zərər çəkəcək? Əgər ABŞ İrana tətbiq etdirdiyi kimi, qlobal maliyyə şəbəkəsindən kənarlaşdırılması sanksiyasını Rusiyaya şamil etdirərəsə, bu zaman Avropa Birliyinə üzv dövlətlərin itkiləri 1 trilyon dollara çatacaq". Qlazyev hesab edib ki, Avropa maliyyə sistemi qeyri-stabil vəziyyətə çatarsa, geosiyasi vəziyyət müharibə həddinə qədəm qoyacaq. Xatırladaq ki, Krımın ilhaqından sonra Avropa Birliyi və ABŞ Rusiyaya qarşı müəyyən sanksiayalara start verib.


AzNews.az