Cəlilabadda maşın yandı

5 Aprel 2014 07:00 (UTC+04:00)
Bu gecə Cəlilabadda avtomobil yanıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad şəhərində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin mühərriki və salon hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az