“O necə siyasətçidir ki...” – Müxalifətdən Mirzə Xəzərə təpgi

5 Aprel 2014 10:15 (UTC+04:00)
"Mirzə Xəzər Azərbaycan siyasətini mətbuatdan və internetdən izləyir. Yəni o, Azərbaycan daxilində gedən prosesləri uzaqdan görür. Bu səbəbdən də onun fkiriləri natamam ola bilir".


Bunu AzNews.az-a açıqlmasında Milli Şuranın Hüqüq komissiyasının sədri Vidadi Mirkamal deyib. V. Mirkamal bildirib ki, Mirzə Xəzər Azərbaycanda olsaydı və prosesləri bilsəydi, belə fikirlər səsləndirməzdi: "Hər bir ölkədə seçkidə uduzan və ya uduzdurulan müxalifət müəyyən dərəcədə depresiyaya düşür. Azərbaycanda da hazırda müxalifət durğunluq dövrünü yaşayır. Bu mənada Mirzə Xəzərlə razı deyiləm. Milli Şura böyük təlatümlərdən sonra özünü həm qoruya, həm idarəçilik orqanlarını təşkil edə bilibsə, deməli, bu qurumu tənqid etmək lazım deyil ". V. Mirkamal onu da vurğulayıb ki, Cəmil Həsənlinin rəhbərliyi altında Milli Şura toparlanıb və yaxın gələcəkdə fəaliyyəti göz önündə olacaq: "Mirzə Xəzər necə siyasətçidir ki, Milli Şuranın fəaliyyətindən xəbəri yoxdur".

Xatırladaq ki, "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının sabiq rəhbəri Mirzə Xəzər AzNews.az-a açıqlamasında Milli Şuranın fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib. O bildirib ki, Milli Şura hələ formalaşmayıb və ictimai rəyə təsiri çox zəifdir.

Bahar Rüstəmli
AzNews.az