“Hicab aksiyası”ında tutulanlardan ikisi buraxıldı

5 Aprel 2014 20:02 (UTC+04:00)
"Hicab aksiyası"na görə həbs olunanlardan ikisi cəza müddəti bitdiyi üçün aprelin 5-də azadlığa çıxıb.


"Qafqazinfo" xəbər verir ki, bu barədə islamazeri.az saytı məlumat yayıb.

2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında bir qrup dindar orta məktəblərdə şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulmasına etiraz aksiyası keçirməyə cəhd edib.Aksiyaçılarla polis arasında qarşıdurmada olub. 31 nəfər həbs edilib.

Tutulanların hamısı Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirli bilinib.

AzNews.az