Rusiya ilə bütün əlaqələr dayandırılır - Qərar

5 Aprel 2014 21:40 (UTC+04:00)
NATO Parlament Assambleyası Rusiya ilə bütün əlaqələri dayandırmaq haqqında qərar qəbul edib.

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə NATO PA-nın Prezidenti Qyu Beyli çıxış edib. O, Rusiya ilə əlaqələrin Krımın işğalı ilə əlaqədar olduğunu bildirib: "Biz Putinin Kırımı Rusiyaya birləşdirməsinə etiraz olaraq bu addımı atdıq. Bununla bağlı Parlament Assambleyasının üzvü olan 28 ölkənin hamısı səs verib. Rusiya Parlamenti Putinin addımını dəstəklədiyi üçün bu əlaqələri dayandırdıq". Qeyd edək ki, bir müddət öncə Qərbin Rusiyaya qarşı sanksiyaların üçüncü fazasını başlatdığı haqqında informasiyalar yayılmışdı.

AzNews.az