Taxta satışı bazarında yanğın

6 Aprel 2014 08:48 (UTC+04:00)
Bakıda taxta satışı bazarında yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb olunublar.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

AzNews.az