Sumqayıtda azyaşlı su kanalına düşdü

6 Aprel 2014 10:09 (UTC+04:00)
Sumqayıtda su kanalına 1 azyaşlı düşüb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində çirkab su kanalına 1 azyaşlının düşdüyü ehtimal olunur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin azyaşlının axtarışlarına başlayıblar.

AzNews.az