Yüksək rütbəli kəşfiyyatçı intihar etdi

6 Aprel 2014 16:20 (UTC+04:00)
Mərkəzi Kəşfiyyat İdarəsinin (ÇRU) yüksək rütbəli əməkdaşı çox böyük ehtimalla intihar məqsədi ilə özünü binanın 5 - ci mərtəbəsindən aşağıya atıb.

AzNews.az xəbər verir ki, Amerikanın "Washinqton Free Beacon" qəzetinin yazdığına görə, hadisə Virciniya ştatındakı MKİ - nin mənzil - qərargahında baş verib.
MKİ - nin mətbuat katibi Kristofer Uayt hadisəni təsdiq edib, amma o, intiharın mənzil - qərərgahda deyil, Virciniyadakı Lenqli şəhərində İdarəyə məxsus binada baş verdiyini bildirib.
"Biz təsdiq edirik ki, əməkdaş ölümcül xəsarətlər alıb. O yerli xəstəxanalardan birinə aparılıb və orada vəfat edib", - deyə Uayt bildirib.
Hadisənin baş vermə səbəbləri barədə hələ ki, mətbuatda heç bir açıqlama verilməyib.

Azər
AzNews.az