Suriyada partlayş - 40 ölü

6 Aprel 2014 16:43 (UTC+04:00)

Suriya şəhəri Xomsda bir partlayışda 40 döyüşçü həlak olub.

AzNews.az bildirir ki, Suriyanın Xoms şəhərində partlayış törədilib. Partlayış nəticəsində ən azı 40 silahlı döyüşçü öldürülüb. Bu barədə "Əl - Ərəbiyyə" telekanalının Twitter səhifəsində məlumat verilib.

Telekanalın məlumatına görə ölənlər Suriya Azadlıq Ordusunun(SAO) döyüşçüləri olub. SAO hökumət qüvvələrinə qarşı döyüşür.

Ölənlər arasında briqada komandirlərinin və başqa ölkələrdən gələn döyüşçülərin də olduğu xüsusi vurğulanıb.

Zakir
AzNews.az