Bəşər Əsəd Türkiyəni günahlandırdı

30 Avqust 2012 07:11 (UTC+04:00)


Türkiyə hakimiyyəti Suriyada qarşıdurmanın alovlanmasında günahkardır. Suriya prezidenti Bəşər Əsəd yerli "Əd-Dünya" telekanalına müsahibəsində belə bəyanatla çıxış edib.

"Suriyada axan qanlara görə Türkiyə birbaşa məsuliyyət daşıyır", deyə o bəyan edib. Eyni zamanda Suriya prezidenti silahlı müxalifətə qarşı mübarizədə müəyyən uğurlara nail olduğunu bəyan edib.

O bildirib ki, ölkənin bütün ərazisi üzərində nəzarəti qaytarmaq üçün hələ bir qədər vaxt lazım olacaq.

AzNews.az