Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı

7 Aprel 2014 10:09 (UTC+04:00)
2014-cü ilin birinci rübünün yekunları üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 14,715 milyard dollar təşkil edib.

Bazar ertəsi AMB-dən Trend-ə verilən məlumata görə, illik hesabatda AMB-nin valyuta ehtiyatları 19,32 faiz və ya 2,38 milyard dollar artıb. Müqayisə üçün, 2013-cü ilin birinci rübünün yekunlarına görə, AMB-nin sərəncamında 12,33 milyard dollar olub.

Ötən ilin II rübündə AMB-nin valyuta ehtiyatları 387,8 milyon dollar artaraq 12,72 milyard səviyyəsinə çatıb. II yarımillikdə valyuta ehtiyatlarının artım dinamikası saxlanılıb: III rübün yekunları üzrə onların həcmi 13,26 milyard dollar olub.

Bir müddət əvvəl AMB sədrinin müavini Aftandil Babayev Trend-ə bildirmişdi ki, tənzimləyici 2014-cü ilin sonuna öz ehtiyatlarının həcmini 16 milyard dollara çatdırmağı planlaşdırır: "Hərçənd bizim məqsədimiz ehtiyatların artırılması deyil, onların sabitliyidir".

AzNews.az