Baş məşqçi silahlılarla atışmada öldü

30 Avqust 2012 07:26 (UTC+04:00)


Gürcüstanın sambo üzrə yığmasının baş məşqçisi Arçil Çoxeli Dağıstandan ölkə ərazisinə soxulan silahlılarla atışmada həlak olub. 41 yaşlı mayor Arçil Çoxeli sambo üzrə ikiqat dünya çempionu və dəfələrlə Avropa birinciliklərinin mükafatçısı olub.

Anspress-in məlumatına görə, o, xüsusi təyinatlı dəstədə qulluq edə-edə eyni zamanda idmançıları hazırlayıb. Arçil Çoxeli bir müddət əvvəl Gürcüstanın sambo millisinə baş məşqçi təyin edilmişdi. Arçil Çoxeli idmançılarla birlikdə Moskvaya yarışa yollanmağa hazırlaşırmış. Lakin xüsusi təyinatlı dəstədəki vəzifəsi üzündən Rusiya vizası ala bilməyib.

AzNews.az