Ukrayna parçalanır: Donetski muxtariyyatını elan etdi - QƏRAR

7 Aprel 2014 13:45 (UTC+04:00)
Ukrayna Donetsk vilayət Şurası xalq respublikasının yaradılması ilə bağlı qərar qəbul edib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, ötən gecə vilayət Şurasının binasını zəbt edən Rusiya meyilli separatçı qüvvələrin təzyiqi ilə keçirilən iclasda Donetsk Xalq Respublikasının yaradılması elan olunub.

Separatçılar Rusiya Federasiyasına qəbulu haqda da qərar qəbul ediblər.

İclasda "Rusiya, Rusiya" şüarları səslənir

Hazırda Donetsk vilayət şurasının binası qarşısında Rusiyameyilli qüvvələr mitinq keçirir.

AzNews.az