Ruslar AŞPA-ın tərk etməklə hədələyib

7 Aprel 2014 20:18 (UTC+04:00)
Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Rusiyanı nümayəndə heyəti başçısının müavini Leonid Slutski bildirib ki, ölkəsinə qarşı istənilən sanksiya tətbiq olunacağı halda qurumu tərk edəcəklər.



Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, o, deyib: "Əgər Rusiya ilə bağlı qətnamədə istənilən sanksiya nəzərdə tutlarsa, etiraz əlaməti olaraq, Strasburqu tərk edəcəyik".



O, qeyd edib ki, hətta AŞPA ən yumşaq sanksiya tətbiqini nəzərdə tutan qətnaməyə belə səs versə bu addımı atacaqlar.



"Bu demarş assambleyanın mövqeyi ilə razılaşmadığımızın göstəricisidir"-deyə, Slutski vurğulayıb.


AzNews.az